11 
Okt
2018
23:21
432
63
13381
Virtual karabakh

Kadırovu qəzəbləndirən çeçen süpürgəçi işləyəcək

11 Okt, 2018
23:21
13381

Kadırovu qəzəbləndirən çeçen süpürgəçi işləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva metrosunda “Ahmat gücdür” deyərək insanların üzərinə içki bankası atan Çeçenistan sakini bundan sonra Qroznı şəhərinin abadlaşdırma idarəsində işləyəcək. 

Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Telegram-kanalında bildirib. 

O qeyd edib ki, Turpal Xasiyev bu gün atası və qardaşları ilə birgə “Qroznı” telekanalında yayımlanan verilişlərin birinin qonağı olub. 

“Turpal deyirdi ki, Moskvaya işləmək üçün getmişdi. Özünə əziyyət verməsin deyə onun işlə təmin edilməsi məsələsi yerindəcə həll edilib. Bundan sonra Turpal şəhəri abadlaşdıraraq, küçələri təmizləyəcək, gülləri sulayacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, T. Xasiyev artıq əməlinə görə üzr istəyib. O, yaydığı video-müraciətdə respublika rəhbərliyi və valideynləri tərəfindən danlandığını bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri