12 
Okt
2018
14:45
124
212
2271
Virtual karabakh

Gürcüstanda çətənə festivalı keçirilə bilər

12 Okt, 2018
14:45
2271

Gürcüstanda çətənə festivalı keçirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda keçiriləcək prezident seçkilərində “Qirçi” partiyasından namizəd olan Georgi Caparidze Tbilisidə çətənə festivalı keçirmək niyyətindədir. 

Oxu.Az Gürcüstan KİV-ə istinadla xəbər verir i, müxalif hərəkatının üzvləri tədbiri seçkilərə bir həftə qalmış oktyabrın 20-də şəhərin mərkəzi parklarından birində keçirməyi planlaşdırır. 

“Qirçi” partiyasının bəyanatında deyilir: festivala azadlığın vacib olduğu bütün vətəndaşlar gəlməlidir. Tədbir zamanı çətənənin satılması da istisna edilməyib. 

“Mən vətəndaş itaətsizliyinin növbəti aktını təşkil etmək niyyətindəyəm”, - Caparidze bəyan edib. 

Qeyd edək ki, “Qirçi” partiyasını maraqlı təşəbbüsləri və qərarları ilə məşhurdur. Partiya marixuananın və fahişəliyin leqallaşdırılması ilə bağlı bəyanatlar səsləndirib. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri