17 
Okt
2018
22:15
66
37
3396
Virtual karabakh

Britaniya parlamenti yaxınlığında tapılan əşya partladıldı - YENİLƏNİB

17 Okt, 2018
22:15
3396

Britaniya parlamenti yaxınlığında tapılan əşya partladıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya polisinin partlayıcı qurğuların zərərsizləşdirilməsi bölməsinin əməkdaşları parlament binası yaxınlığında aşkarlanan şübhəli əşyanı məhv ediblər.

Oxu.Az Daily Mail nəşrinə istinadən xəbər verir ki, həmin əşya partladılıb. 

Əməliyyatda partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün nəzərdə tutulan robotdan istifadə olunub. 

20.33

Böyük Britaniya parlamentinin binası polis tərəfindən mühasirəyə alınıb.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb hüquq-mühafizə orqanlarına parlament binası yaxınlığında şübhəli əşyanın aşkarlanması ilə bağlı məlumatın daxil olmasıdır. 

Bildirilir ki, şübhəli əşya Viktoriya Embarkment Qardens parkında aşkarlanıb. 

Polis ərazidə müvafiq tədbirlər görür. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri