21 
Okt
2018
19:47
39
321
3640
Virtual karabakh

Tayvanda qatar relsdən çıxdı: 22 ölü - YENİLƏNİB

21 Okt, 2018
19:47
3640

Tayvanda qatar relsdən çıxdı: 22 ölü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Tayvan adasında qatar qəzası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 171 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, səkkiz vaqondan ibarət “Puyuma” sürət qatarının 310 sərnişin tutumu olub.

Qatarın relsdən çıxması ilə 5 vaqon aşıb.

Hadisə yerinə təcili yardım briqadaları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

16:38

Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 17 nəfər həlak olub.

Oxu.Az-ın verdiyi xəbərə görə, daha 40 nəfər çevrilmiş vaqonlarda qala bilər.

Qatar Taydundan Şulinə gedirmiş, qəza isə İlan şəhəri yaxınlığında baş verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri