21 
Okt
2018
21:26
15
260
7244
Virtual karabakh

Səudiyyəlilər konsulluqda öldürülən jurnalistin cəsədini itiriblər

21 Okt, 2018
21:26
7244

Səudiyyəlilər konsulluqda öldürülən jurnalistin cəsədini itiriblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna səfəri zamanı ölən jurnalist Camal Kaşıkçının qatilləri vəzifə səlahiyyətlərini aşıblar, səhvə yol veriblər və bunu gizlətməyə çalışıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə krallığın xarici işlər naziri Adel əl-Cübeyr “Fox News” telekanalına müsahibəsində deyib.

XİN başçısı əmin edib ki, jurnalistin necə öldürüldüyünü və cəsədinin harada olmasını bilmir. 

Onun sözlərinə əsasən, qatillərin hərəkətləri şahzadə Məhəmməd bin Salmanla dəqiqləşdirilməyib.

“Bu barədə hətta kəşfiyyat rəhbərliyinin xəbəri olmayıb. Bu dəqiqləşdirilməmiş əməliyyat idi”, - əl-Cübeyr əlavə edib.

Ər-Riyadın rəsmi versiyasına görə, Kaşıkçı konsulluqda görüşdüyü insanlarla mübahisə zamanı qətlə yetirilib. Lakin bu insanların kim olduğu açıqlanmır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri