22 
Okt
2018
23:42
149
131
14064
Virtual karabakh

Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa - YENİLƏNİB

22 Okt, 2018
23:42
14064

Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı Türkiyə polisinə səudiyyəli diplomatlara məxsus avtomobildə axtarış aparmağı qadağan edib. 

Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, söhbət Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu binasından 20 kilometr aralıda tapılan avtomobildən gedir. 

Türkiyə polisi həmin avtomobillə jurnalist Camal Kaşıkçının meyitinin konsulluqdan çıxarıldığını istisna etmir.

Avtomobilin tapıldığı dayanacağın giriş və çıxışı polis tərəfindən nəzarətə götürülüb. 

19.51

Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunun avtomobili İstanbulun Sultanqazi rayonundakı dayanacaqların birindən tapılıb. 

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, avtomobil hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı istintaq çərçivəsində aşkarlanıb.

Hazırda avtomobilin nə vaxt və kim tərəfindən dayanacaqda saxlanıldığı araşdırılır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri