23 
Okt
2018
01:02
33
164
18509
Virtual karabakh

Qətlə yetirilən səudiyyəli jurnalistin həyatının son anları - VİDEO

23 Okt, 2018
01:02
18509

Qətlə yetirilən səudiyyəli jurnalistin həyatının son anları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının həyatının son anlarının yer aldığı kadrlar yayılıb.

Oxu.Az xəbər verir ki, Türkiyənin A Haber telekanalının efirində nümayiş olunan videoda İstanbulun ayrı-ayrı yerlərində qurulan kameralardan görüntülər çəmlənib. 

Bildirilir ki, jurnalist London aviareysi ilə İstanbula sentyabrın 28-də gəlib. Həmin gün o, öz nişanlısı ilə nikah prosesini yekunlaşdırmaq üçün Fatih bələdiyyəsinə yollanıb. Qaşıqçı çatışmayan sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının baş konsulluğuna daxil olub.

Təxminən 1,5 saatdan sonra oradan çıxıb və nişanlısına deyib ki, boşanma və yeni nikaha daxil olma haqqında sənəd İstanbula növbəti səfərinədək hazır olacaq. Həmin günün axşamı jurnalist Londona yollanıb və oktyabrın 2-də yenidən İstanbula qayıdıb. Ona sənədlərin hazır olduğu bildirildikdən sonra Qaşıqçı nişanlısı ilə konsulluğa yollanıb. Saat 13.14-də o, binaya daxil olub və bir daha oradan çıxmayıb.

Bildirilir ki, təxminən eyni vaxtda İstanbul hava limanında kəşfiyyat polkovniki Maher Əbdüləziz Mutreblə birgə səudiyyəli kəşfiyyatçıların olduğu təyyarə eniş edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri