Noy
2018
14:57
32
123
4737
Virtual karabakh

Paşinyan növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

1 Noy, 2018
14:57
4737

Paşinyan növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan baş nazirinin vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan bəyan edib ki, ölkədə növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV məlumat yayıb.

“Növbədənkənar seçkilərin keçirilmə vaxtı prezidentin sərəncamı ilə açıqlanacaq, ancaq çox güman ki, seçkilər dekabrın 9-da baş tutacaq”, - Paşinyan deyib. 

Bununla yanaşı o qeyd edib ki, “Vətəndaş müqaviləsi” partiyasının siyahısına biznesmenlər daxil edilməyəcək. 

Qeyd edək ki, Paşinyan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar oktyabrın 16-da istefa verib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri