Noy
2018
23:38
159
40
9452
Virtual karabakh

Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi

2 Noy, 2018
23:38
9452

Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus prezidenti Aleksandr Lukaşenko görüşlərin birində qazaxıstanlı həmkarı Nursultan Nazarbayevin onun ayaqqabısı ilə maraqlandığını bildirib. 

Oxu.Az xəbər verir ki, bu barədə BELTA agentliyinin məlumatında deyilir. 

O, dövlət başçıları ilə görüşləri xatırladaraq, onların adətən İtaliya və digər ölkələrin istehsalı olan ayaqqabılara üstünlük verdiyini vurğulayıb.

“Belə görüşlərin birində Nazarbayev ayaqqabıları haradan aldığımı soruşdu. Mən isə dedim ki, yerli istehsaldır. Lakin Nazarbayev inanmadı və dedi ki, ola bilməz. Məcbur olub ayaqqabımı çıxarıb ona istehsalçının brendini göstərdim”, - deyən Lukaşenko yerli mallara üstünlük verdiyini xüsusi vurğulayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri