Noy
2018
21:13
351
32
11495
Virtual karabakh

Ərdoğan: Onlar səhvlərini anlamağa başlayır

4 Noy, 2018
21:13
11495

Ərdoğan: Onlar səhvlərini anlamağa başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ege və Aralıq dənizlərində Türkiyənin maraqları nəzərə alınmadan layihələr gerçəkləşdirə biləcəyini düşünən dairələr öz səhvlərini başa düşməyə başlayır. 

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu sayca üçüncü olan qayıq əleyhinə korvetin (MİLGEM) Türkiyə Hərbi-Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O qeyd edib ki, dənizlərdə Türkiyənin mövcudluğunu məhdudlaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur.

“Aralıq dənizinin şərq hissəsinin təbii resursları yalnız Ankrara və Lefkoşanın maraqları nəzərdə alınmaqla işlənilə bilər”, - deyə Ərdoğan vurğulayıb.

O xatırladıb ki, son illərdə Türkiyə müdafiə təyinatlı məhsulların idxalından asılılığı 80 faizdən 35 faizədək azalda bilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri