Noy
2018
09:57
32
122
9455
Virtual karabakh

Ağ Evdən Trampla mübahisə edən jurnalistlə bağlı qərar - VİDEO

8 Noy, 2018
09:57
9455

Ağ Evdən Trampla mübahisə edən jurnalistlə bağlı qərar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağ Ev ABŞ prezidenti Donald Trampla mətbuat konfransında mübahisə edən CNN telekanalının jurnalistinin akkreditasiyasını ləğv edib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Sara Sanders “Twitter”də məlumat paylaşıb. 

CNN-in məlumatına görə, söhbət müxbir Cim Akostadan gedir. Jurnalistin sualına Tramp “İt hürər, karvan keçər” cavabənı verib və əlavə edib ki, o, ölkəyə qanuni formada girməlidir. 

Tramp bundan sonra onun sözünü kəsən jurnalistin sual verməsinə qadağa qoyub. Ağ Evin mətbuat katibi Sanders jurnalistin əlindən mikrofonu almağa çalışsa da, o, Trampla mübahisəni davam etdirib. 

Sanders sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, administrasiya söz azadlığına inanır, ancaq heç vaxt öz əməkdaşlarına qarşı hörmətsizliklə barışmayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri