13 
Noy
2018
00:12
56
211
9322
Virtual karabakh

Poroşenkoya yersiz sual verən jurnalist işdən çıxarıldı

13 Noy, 2018
00:12
9322

Poroşenkoya yersiz sual verən jurnalist işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna prezidenti Pyotr Poroşenkoya qeyri-münasib sual verən jurnalist Marina Baranovskaya işdən çıxarılıb.

Oxu.Az xəbər verir ki, bunu M. Baranovskaya özünün “Facebook” səhifəsində yazıb. 

O bildirib ki, dövlət başçısına verdiyi sualdan sonra çalışdığı mətbuat orqanının rəhbərliyinin soyuq münasibəti ilə üzləşib. 

“Poroşenkodan soruşdum ki, siz, insanların yaşamaq uğrunda mübarizə apardıqları ölkədə prezident kreslosunda özünü necə hiss edirsiniz? O isə dedi ki, həyatı şəkər deyil və buna əmin olmaq üçün onunla bir gün keçirməyi təklif etdi”, - deyə M. Baranovskaya vurğulayıb.

Jurnalist Poroşenkonun bu təklifini qəbul edib və onun haqqında sənədli film çəkib. 

M. Baranovskaya bildirib ki, hazırda mediada özünə iş axtarır, lakin cəhdləri hələlik uğursuzdur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri