13 
Noy
2018
11:43
12
300
6878
Virtual karabakh

Aşqabadda çörək qıtlığı: mağazalarda növbələr yaranıb - VİDEO

13 Noy, 2018
11:43
6878

Aşqabadda çörək qıtlığı: mağazalarda növbələr yaranıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistanın paytaxtı Aşqabadda dövlət mağazalarında çörək qıtlığı və özəl müəssisələrdə un məmulatlarının bahalaşması müşahidə olunur.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Türkmənistan xronikası” saytı məlumat yayıb.

Dövlət mağazalarına daxil olan çörək sürətlə qurtarır. Ailəsində 4-5 adam olan şəxslər gündə bir neçə dəfə mağazalara gəlməli və növbələrə düzülməli olurlar. Çünki hər adama cəmi bir çörək satılmasına icazə var.

Demək olar ki, paytaxtdakı bütün dövlət mağazalarının qarşısında uzun növbələr müşahidə olunur. Bir çox mağazaların qarşısında sübh tezdən növbələr yaranır. Digər çörək satan mağazalar isə işləmir. Bir çox çörəkxanaların bağlandığı bildirilir.

Yerli KİV bəzi kommersiya mağazalrında çörəyin 5-6 manata (1,4-1,7 dollar) satıldığını yazır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri