15 
Noy
2018
15:18
256
22
7461
Virtual karabakh

Kaşıkçının qətlində şübhəli bilinən beş nəfərin edamı tələb olundu

15 Noy, 2018
15:18
7461

Kaşıkçının qətlində şübhəli bilinən beş nəfərin edamı tələb olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanında Camal Kaşıkçı cinayət işini aparan prokuror Saud al-Mojeb qətldə ittiham edilərək saxlanılan 11 şübhəlidən beşinin edamını istəyib.

Oxu.Az “Hürriyet”ə istinadən xəbər verir ki, prokuror C.Kaşıkçının ölümündə boğuşma, öldürücü dozada dərman verilməsi faktlarının olduğunu, daha sonra cəsədin parçalara ayrılaraq Konsulluqdan çıxarıldığını vurğulayıb. 

O bildirib ki, Səudiyyə Ərəbistanına dönməsi üçün səylər baş tutmadığından jurnalist öldürülüb.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Kaşıkçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri