15 
Noy
2018
22:31
450
59
6674
Virtual karabakh

NBC: Fətullah Gülən ABŞ-dan ekstradisiya oluna bilər

15 Noy, 2018
22:31
6674

NBC: Fətullah Gülən ABŞ-dan ekstradisiya oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağ ev Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ölkədən qovulması imkanlarını nəzərdən keçirir. 

Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, Donald Tramp administrasiyası F. Gülənin ölkəni tərk etməsinin ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşmasına kömək edəcəyini düşünür. 

Bununla da Vaşinqton Ankaranı jurnalist Camal Kaşıkçının qətli üzündən Səudiyyə Ərəbistanı ilə diplomatik qarşıdurmada daha loyal mövqe tutmağa inandıra biləcəyini düşünür. 

NBC-nin məlumatına görə, Ağ ev müvafiq qurumlara Gülənin ABŞ-dan qovulmasının əsaslarını araşdırmağı tapşırıb. Ədliyyə Nazirliyinə və Mərkəzi Araşdırmalar Bürosuna Türkiyənin Gülənin ekstradisiyası ilə bağlı sorğusuna baxılması prosesini sürətləndirmək göstərişi verilib. 

Xatırladaq ki, Ankara Güləni və onunla əlaqəli olan FETÖ təşkilatını 2016-ci il dövlət çevrilişinə cəhddə ittiham edir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri