16 
Noy
2018
00:12
67
29
3213
Virtual karabakh

Britaniyalılar “Brexit” üzrə yeni referendum istəyir

16 Noy, 2018
00:12
3213

Britaniyalılar “Brexit” üzrə yeni referendum istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya vətəndaşları ölkənin Avropa İttifaqından çıxması üzrə ikinci referendumun keçirilməsini istəyirlər. 

Oxu.Az xəbər verir ki, Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 54 faizi “Brexit” üzrə daha bir səsvermənin keçirilməsinin tərəfdarıdır. 

Rəyi soruşulanların 32 faizi isə bunun əleyhinədir. 

Yalnız respondentlərin 14 faizi baş nazir Tereza Meyin planını dəstəkləyir. 

Qeyd edək ki, Meyin planı keçid dövrünün uzadılmasını nəzərdə tutur. Əlavə vaxt İrlandiya məsələsini həll etmək üçün lazım olacaq. Avropa İttifaqı Şimali İrlandiyanın “Brexit”dən sonra ümumavropa qaydaları ilə yaşamasını istəyir. Britaniyada isə bu, ölkə ərazisinin bir hissəsindən imtina kimi qəbul olunur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri