16 
Noy
2018
09:36
206
45
8004
Virtual karabakh

Nyu-Yorkda qar həyatı iflic etdi - FOTO/VİDEO

16 Noy, 2018
09:36
8004

Nyu-Yorkda qar həyatı iflic etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-Yorka yağan güclü qar nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Nyu-York polisinin rəsmi “Twitter” səhifəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yolllarda ehtiyatlı olmaq tövsiyə olunub.

Qarlı hava şəraiti ilə əlaqədar avtobusların hərəkət cədvəli dəyişib. Dayanacaqlarda çoxlu sayda insan uzun müddət gözləməli olur.

Manhetten küçələrində nəqliyyatın hərəkətində çətinlik yaranıb, bu, böyük tıxaclara səbəb olub. 

Qartəmizləyən texnikanın yağıntıların fəsadlarını aradan qaldırmağa gücü yetmir. Taksilərin qiymətlərində kəskin artım müşahidə olunur.

İndi Uber 2,6 km üçün gediş haqqını 48 dollara qaldırıb. Halbuki əvvəllər eyni məsafə üçün gediş haqqı 18 dollar təşkil edirdi. Sinoptiklərin məlumatına görə, Nyu-York hələ bir neçə gün də qarın əsarətində qalacaq. Daha sonra yağışların yağması proqnozlaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri