16 
Noy
2018
16:19
159
25
2761
Virtual karabakh

Tereza Mey hakimiyyətdən kənarlaşdırıla bilər

16 Noy, 2018
16:19
2761

Tereza Mey hakimiyyətdən kənarlaşdırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə üzvü baş nazir Tereza Meyə etimadsızlıq məsələsinə dair səsvermə keçirməyi təklif ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə “The Guardian” nəşrinin müxbiri Kristofer Xoup öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, buna səbəb ölkənin Avropa İttifaqından (Brexit) çıxmasıdır.

Xoup yazır ki, səsvermə noyabrın 20-də keçiriləcək. 

“Parlamentin 48 üzvü komitə rəhbəri Qrem Brediyə baş nazirə etimadın itirilməsinə dair məktub göndərəcəklər”, - deyə o bildirib. 

Qeyd edək ki, qaydalara uyğun olaraq, etimadsızlıq proseduru parlamentarilərin azı 15 faizinin (48 nəfər) hökumət başçısına etibarını itirmələri barədə müraciət etməsi halında başlaya bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri