16 
Noy
2018
16:24
159
223
7337
Virtual karabakh

ABŞ-da güclü qar səkkiz can aldı - VİDEO

16 Noy, 2018
16:24
7337

ABŞ-da güclü qar səkkiz can aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gündür ABŞ-ın şimal şərq və bir sıra mərkəzi rayonlarına yağan güclü qar səkkiz nəfərin ölümünə səbəb olub.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, yolların buz bağlaması nəticəsində baş vermiş qəzalarda səkkiz insan həyatını itirib.

Missisipidə sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər yaralanıb.

Bəzi rayonlarda qarın qalınlığının 20 santimetrə çatdığı qeyd olunur.

Elektrik xətlərinin zədələnməsi səbəbindən Virciniya, Ohayo, Kentukki və İndianada 300 min nəfər işıqsız qalıb.

Hava şəraitinə görə 1,6 min təyyarə reysi təxirə salınıb, səkkiz min reys başqa vaxta təyin edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri