21 
Noy
2018
11:43
77
29
4754
Virtual karabakh

İnterpola yeni prezident seçildi

Cənubi Koreyadan olan namizəd Kim Çon Yan İnterpolun yeni prezidenti olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı təşkilatın “Twitter” hesabında məlumat verilib. 

Qərar İnterpolun baş assambleyasının Dubayda keçirilən 87-ci sessiyasında qəbul edilib. 

Kim Çon Yan iki il müddətinə təşkilata rəhbərlik edəcək. 

Xatırladaq ki, İnterpolun keçmiş rəhbəri Men Xunvey sentyabrın sonunda korrupsiya ittihamı ilə Çində həbs edildikdən sonra oktyabr ayında istefa verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri