28 
Noy
2018
09:07
193
15
7535
Virtual karabakh

Gürcüstan prezidentini seçir

28 Noy, 2018
09:07
7535

Gürcüstan prezidentini seçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.

Oxu.Az-ın xəbərinə görə, yerli vaxtla 08:00-dan etibarən səsvermə prosesinə start verilib. 

Vətəndaşların rahat səsverməsi üçün 3 min 703 seçki məntəqəsi yaradılıb. Səsvermə saat 00:00-dək davam edəcək. 

Məlumatlarda seçicilərin ümumi sayının 3 milyon 528 min 658 nəfər təşkil etdiyi bildirilib.

Seçkilərdə iki namizəd hakim “Gürcü Arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır. 

Qeyd edək ki, oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri