29 
Noy
2018
10:51
209
28
8237
Virtual karabakh

Ərdoğan Putinə kömək təklif etdi

29 Noy, 2018
10:51
8237

Ərdoğan Putinə kömək təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Kerç boğazındakı insidentin həlli ilə bağlı Ankaranın vasitəçilik imkanlarını müzakirə edib. 

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, dünən Ərdoğan bu mövzu ilə bağlı Rusiya, Ukrayna və ABŞ prezidentləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

“Putinlə telefon danışığı zamanı məsələyə müxtəlif tərəflərdən, o cümlədən bizim bu problemin həllində vasitəçilik imkanlarımıza baxdıq. Biz yaranmış vəziyyətdə fəaliyyət variantlarını müzakirə etmişik”, - Ərdoğan G20 sammitində iştirak etmək üçün Argentinaya uçmazdan əvvəl jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bu məsələnin müzakirəsini G20 sammiti çərçivəsində Putin və Trampla davam etdirəcək. 

Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib.

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Don” sərhədçi gəmisi Kerç boğazında Ukrayna gəmisinə çırpılıb. Bəzi məlumatlarda bildirilirdi ki, Rusiya hərbçiləri Ukrayna gəmilərinə atəş açıblar.

Ukrayna tərəfi bəyan edib ki, Rusiya üç gəmini ələ keçirib və bu addımı təcavüz aktı kimi qiymətləndirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri