Dek
2018
12:00
30
274
18356
Virtual karabakh

Ata Corc Buşun son sözləri məlum oldu

2 Dek, 2018
12:00
18356

Ata Corc Buşun son sözləri məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ata Corc Buş son sözlərində oğluna sevgisini etiraf edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “The New York Times” nəşri yazır.

Nəşrin məlumatına əsasən, ABŞ-ın 41-ci prezidenti ölümündən bir neçə saat əvvəl oğluna zəng edib. Kiçik Buş onun gözəl ata olduğunu bildirib və atasını sevdiyini qeyd edib. Ata Buş cavabında oğlu ilə fəxr etdiyini və ona qarşı hədsiz ata sevgisi bəslədiyini bildirib.

Həmçinin məlum olub ki, noyabrın 30-da ata Buşun yaxın dostu, sabiq dövlət katibi Ceyms Beyker mərhuma baş çəkib.

“Biz hara düşəcəyik?”, - prezident məndən soruşdu. Cavab olaraq cənnəti eşidəndə, o, məhz ora düşmək istədiyini bildirib.

Xatırladaq ki, ata Corc Buş noyabrın 30-da 94 yaşında vəfat edib. Onun səhhəti həyat yoldaşı Barbara Buşun ölümündən sonra pisləşdi. Barbara Buş aprelin 18-də 92 yaşında dünyasını dəyişib.

Ata Corc Buş ABŞ-ın 41-ci prezidenti olub (1989-1993-cü illərdə).

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri