Dek
2018
12:10
152
63
20566
Virtual karabakh

İş adamı Ziyafət Kərimov sevgilisini döydü - VİDEO

5 Dek, 2018
12:10
20566

İş adamı Ziyafət Kərimov sevgilisini döydü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada yaşayan iş adamı Ziyafət Kərimovun sevgilisi Mariya Syaçinanı küçənin ortasında döyməsinin görüntüləri yayılıb.

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, müşahidə kamerasının yaddaşına həkk olunmuş görüntülər Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan Andrey Malaxovun aparıcısı olduğu “Canlı efir” verilişdən göstərilib.

Hadisənin 2017-ci il fevralın 23-də baş verdiyi bildirilib. 

Məlumatlara görə, hadisə iş adamına məxsus restoranın qarşısında baş verib. Kərimov restorandan birlikdə çıxdığı Syaçinanı döyüb. Hadisədən sonra Mariya ayağa qalxıb və evə gedib. 

Syaçina bildirir ki, hadisədən sonra heç kəs ona tibbi yardım göstərməyib:

“Bizim bu münasibətdən beş il əvvəl oğlumuz dünyaya gəlib. Döyüləndən sonra evə gəldim, əşyalarımı yığdım və Moskvaya getdim. İndi həyatımın təhlükədə olduğunu düşünürəm. O, əməlini məni dostlarına qısqandığı üçün etdiyini deyib. Məndən üzr istəsə də, hələ də qorxuram. Mənim və hazırkı sevgilimin ünvanına çox sayda təhdidlər səslənir”.

Kərimov isə hadisəni belə şərh edib:

“Hadisə gününü yaxşı xatırlayıram. Restoranda bir az spirtli içki qəbul etdik. Sonra Mariya özünü pis aparmağa başladı. Siqaret çəkmək üçün bayıra çıxdım. Mariya arxamca gəldi və yenə nalayiq hərəkətlər etdi. Mən də əsəblərimə hakim ola bilmədim və onu döydüm. Növbəti gün ona gül dəstəsi apardım və biz barışdıq”.

İş adamı daha sonra sevgilisini xəyanətdə ittiham edib. Onun sözlərinə görə, Mariya onunla münasibətdə olan zaman başqa bir oğlanla görüşüb. 

“Mariya həmin şəxslə altı ay münasibət qurub. Ancaq döyülmədən sonra onun yanına gedib. Bu hadisə mənə pis təsir edib. Dərmanlar qəbul edirəm, 19 kiloqram arıqlamışam. Bunu biləndə şok vəziyyətinə düşdüm”, - iş adamı qeyd edib. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri