Dek
2018
12:47
121
23
11733
Virtual karabakh

Gürcüstanda prezidentin kürəkəni saxlanıldı

6 Dek, 2018
12:47
11733

Gürcüstanda prezidentin kürəkəni saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni qanunsuz silah saxlamada şübhəli bilinib.

Oxu.Az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ötən gecə Marqvelaşvilinin qızının həyat yoldaşı Mindiya Qoqoçuri Tbilisidə saxlanılıb. 

Ümumilikdə Tbilisi polisi qanunsuz silah saxlama ittihamı ilə iki nəfəri saxlayıb. Qeyd edilir ki, saxlanma zamanı şübhəlilər üzərilərindəki silahları eyvandan atıblar. 

Məlumatlara görə, saxlanılan şəxslər qaldıqları evi altı ay müddətinə kirayəyə götürüb. 

Xatırladaq ki, Qoqoçurinin diqqət mərkəzinə düşməsi ilk dəfə deyil. İyulda o, bıçaq yarası ilə xəstəxanaya çatdırılıb, 2017-ci ilin yanvarında isə güllə yarası alıb. 

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Ölkənin 5-ci prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-da keçiriləcək.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri