Dek
2018
15:37
46
233
4217
Virtual karabakh

Fransa polisi etirazçılara qarşı hərəkətə keçdi – VİDEO

8 Dek, 2018
15:37
4217

Fransa polisi etirazçılara qarşı hərəkətə keçdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada polis qüvvələri Parisdə etiraz edən “sarı jiletlər” hərəkatının tərəfdarlarını geri çəkilməyə səsləyərək, onlara qarşı gözyaşardıcı qazdan istifadə edir.

Oxu.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, etirazçılar polisə daş atır, müxtəlif dəmir və taxta parçalarından istifadə edərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarına güc tətbiq edirlər.

Hazırkı vaxta olan məlumata görə, artıq yüzlərlə etirazçı polis tərəfindən saxlanılıb. Paris polisinin nümayəndəsinin bildirdiyinə görə, hazırda Yelisey çöllərində 1500 nəfərə yaxın etirazçı qalıb. Saxlanılan şəxslərdən 127 nəfərinin üzərində çəkic, beysbol ağacı və digər bu kimi vasitələrin aşkarlandığı bildirilir.

Digər tərəfdən, etirazçılar polisi öz tərəflərinə çəkmək üçün də cəhdlər göstərirlər. Belə ki, onlardan biri diz üstə çökərək, polis əməkdaşına gül təqdim edib.

Parisin ətrafında Port-Mayo adlanan ərazidə bir neçə etirazçı polisə yaxınlaşaraq, onlara gül təqdim edib, rədd cavabı aldıqdan sonra isə qadınlardan biri qızıl gülü polisin yaxasından asıb.

Başqa yerdə bəzi etirazçılar diz üstə dayanaraq, dekabrın 6-da Parisdən qərbdə eyni formada etiraz edən orta məktəb şagirdlərinə dəstək nümayiş etdiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri