Dek
2018
01:18
709
82
14216
Virtual karabakh

Ərdoğan: Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir

9 Dek, 2018
01:18
14216

Ərdoğan: Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı bürüyən “sarı jiletlilər”in üsyanından danışıb.

Oxu.Az-ın məlumatına görə, bu haqda “Anadolu” agentliyi xəbər yayır.

Ərdoğan Fransada baş verənləri Türkiyənin 15 iyul hadisələri ilə müqayisə edib:

“Bunlar 15 iyulda bizə qarşı edilənlərə səssiz qalanlardır. Ölkəmizin küçələrini atəşə və qana boğmağa çalışanlara qarşı səssiz qalanlar, görün indi nə vəziyyətdədirlər. Paris başda olmaqla, bir çox Avropa şəhəri qarışmış vəziyyətdədir.

Media nümayişçilərə qarşı polisin şiddətli davranışlarının görüntüləri ilə doludur. Bizim polisimizi lağa qoyanların, onların zülm etdiyini iddia edənlərin indi öz polisləri görün nələr edir.

Bizim polisimiz mərhəmətlidir. Avropa küçələrindəki görüntüləri narahatlıqla izləyirik”.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri