Dek
2018
23:31
40
459
17907
Virtual karabakh

Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı - YENİLƏNİB

9 Dek, 2018
23:31
17907

Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, 29 seçki məntəqəsində səsvermənin nəticələrinə əsasən baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Mənin addımım” bloku böyük üstünlüklə irəlidədir – 59,71 faiz.

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq “Çiçəklənən Ermənistan” (15,21 faiz) və “Daşnaksutyun” (9,78 faiz) qərarlaşıb.

Sabiq prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası səslərin 5,09 faizini toplayıb.  

22.42

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, hazırda səslərin hesablanması prosesi gedir.

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkə üzrə seçici fəallığının 48,63 faiz təşkil etdiyini açıqlayıb.

Seçki məntəqələrinin bağlanmasına az qalmış Yerevanda seçici fəallığı 47,6 faiz, ölkənin ikinci şəhəri olan Gümrüdə 39,22 faiz, Vanadzorda isə 46,66 faiz təşkil edib. Vanadzora seçkilərdə nəzarətin həyata keçirilməsi üçün Yerevandan əlavə polis qüvvələri göndərilib.

Bildirilir ki, seçki siyahılarında 2,57 milyon nəfərin adı olsa da, seçki məntəqələrinə 1,26 milyon insan gəlib. Ölkə tarixində ilk dəfə əhalinin əksəriyyəti ümumdövlət səsverməsini əhəmiyyətsiz sayıb.

Qeyd edək ki, seçkidə 9 partiya və iki seçki bloku mübarizə aparıb.

09.10

Ermənistanda növbədənkənar parlament seçkiləri başlayıb.

Oxu.Az xəbər verir ki, yerli vaxtla saat 08:00-də ölkə üzrə 2010 seçki məntəqəsi açılıb. Səsvermə 20:00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyası seçkilərdə 9 partiya və iki blokun iştirakını qeydə alıb. Xaricdə yaşayan vətəndaşlar üçün seçki məntəqələrinin açılması nəzərdə tutulmayıb. Onlar yalnız Ermənistana qayıtmaqla səs verə bilər.

Rəsmi məlumata əsasən, 2.5 milyondan artıq seçici səsvermə hüququna malikdir.

Seçkiləri 70 yerli və 32 xarici KİV izləyəcək. Seçkiləri həmçinin 8 beynəlxalq və 22 yerli təşkilatlardan müşahidəçilər izləyəcək.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri