11 
Dek
2018
00:32
46
181
7206
Virtual karabakh

Fransada azərbaycanlıların yer aldığı qruplaşmaya qarşı əməliyyat keçirildi - VİDEO

11 Dek, 2018
00:32
7206

Fransada azərbaycanlıların yer aldığı qruplaşmaya qarşı əməliyyat keçirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada xüsusi əməliyyat zamanı gürcü, azərbaycanlı və ermənilərin yer aldığı mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.

Oxu.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, VORS 69-01 adı verilmiş xüsusi əməliyyat Lion şəhərində keçirilib.

Saxlanılan 22 nəfərdən 10 nəfər Gürcüstan vətəndaşıdır. Onların arasında iki “qanuni oğru” var.

Əməliyyata Fransa, Belçika və Gürcüstan hüquq-mühafizə orqanlarının 300-dək əməkdaşı cəlb olunmuşdu.

Bildirilir ki, Fransa və Belçika ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmanın üzvləri əsasən mənzilləri qarət ediblər, avtomobilləri oğurlayıblar, habelə saxta sənədlərin hazırlanması və qeyri-qanuni narkotik satışı ilə məşğul olublar.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri