11 
Dek
2018
18:29
123
45
9450
Virtual karabakh

Vahid Ələkbərov gələcək davamçısından danışıb

11 Dek, 2018
18:29
9450

Vahid Ələkbərov gələcək davamçısından danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov onun yerinə qadının vəzifəyə keçməsinin qeyri-mümkün olduğunu bildirib.

Bu haqda Oxu.Az “Bloomberg” TV-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, özünün davamçısı kimi yalnız kişiləri görür, çünki onun nəzərində lazımi potensiala malik heç bir qadın yoxdur.

Ələkbərov hesab edir ki, bu, neft sahəsində daha çox kişi xarakterinin üstünlük təşkil etməsi ilə əlaqədardır:

“Təəssüf ki, bizim sahə heç vaxt qadın mütəxəssis hazırlamayıb. Həmişə kişi mütəxəssislər hazırlanıb”.

Lakin “Lukoyl”un başçısı gələcəkdə vəziyyətin dəyişəcəyini istisna etməyib. Onun sözlərinə görə, şirkət mütəxəssislərin hazırlanması məsələsində universitetlərlə yaxın əməkdaşlıq edir və rəhbər vəzifələrə mümkün namizədlər arasında dörd qadın var.

Daha əvvəl Ələkbərov bildirmişdi ki, davamçısı olaraq neft sahəsindən “texnoloji mütəxəssislər”i görür. Onun sözlərinə görə, rəhbərlik dəyişikliyi beş ildən sonra baş tuta bilər.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri