11 
Dek
2018
19:16
60
129
4275
Virtual karabakh

Gümrüdə xadimənin qətlində şübhəli bilinən Rusiya hərbçisi saxlanılıb

11 Dek, 2018
19:16
4275

Gümrüdə xadimənin qətlində şübhəli bilinən Rusiya hərbçisi saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Gümrü şəhərində xadimənin qəddarcasına qətlində şübhəli bilinən Rusiyanın 102-ci hərbi bazasının qulluqçusu saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Ermənistan Baş prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryan verib.

Bildirilir ki, cinayət dekabrın 2-si səhər saatlarında Slobodka ərazisində baş verib. 

Naməlum şəxs 1961-ci il təvəllüdlü qadına hücum edərək onu döyüb, zərbələrin çoxunu qadının sifətinə endirdiyindən sonuncu tanınmaz hala düşüb. 

Qadın xəstəxanaya çatdırılarkən yolda keçinib. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi açılıb.

Qeyd edək ki, daha əvvəl Rusiya səfirliyi cinayəti Rusiya hərbçisinin törətdiyini qətiyyətlə təkzib edirdi.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri