11 
Dek
2018
23:33
274
15
4047
Virtual karabakh

ATƏT PA sədri: İşğalçılara qarşı sanksiyalar tətbiq olunmalıdır

11 Dek, 2018
23:33
4047

ATƏT PA sədri: İşğalçılara qarşı sanksiyalar tətbiq olunmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Qafqaz regionundakı mövcud münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur. Bu isə təkcə region üçün deyil, Avropa üçün də ciddi təhlükə mənbəyidir.

Oxu.Az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

“Bu gün Cənubi Qafqazın iki ölkəsinin – Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub. Artıq neçə illərdir ki, bu münaqişələrin həlli istiqamətində aparılan danışıqlar nəticə vermir. Ona görə də hesab edirəm ki, işğalçılara qarşı ciddi tədbirlər görülməli, sanksiyalar tətbiq olunmalıdır”, - deyə o vurğulayıb.

G. Tsereteli bu məsələni ATƏT xarici işlər nazirlərinin toplantısında da qaldırdığını bildirib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri