12 
Dek
2018
18:43
260
18
11191
Virtual karabakh

ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

12 Dek, 2018
18:43
11191

ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Yerevandakı səfirliyi çərşənbə günü, dekabrın 12-də vətəndaşlarını tətil zamanı Ermənistana səfər edərkən sayıq olmağa çağırıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda deyilir.

“ABŞ-ın Yerevandakı səfirliyi tətil mövsümünün yaxınlaşması ilə əlaqədar vətəndaşlarını sayıq olmağa çağırır. Bu dövr ərzində qarət və soyğunçuluq halları arta bilər”, - deyə məlumatda vurğulanır.

Diplomatik nümayəndəlikdə bəyan ediblər ki, transmilli terror təşkilatları və ekstremist ideologiyası ilə ruhlanan ayrı-ayrı şəxslər tərəfindən daima təhlükə var.

“Ekstremistlər turistlərin çox olduğu yerləri, o cümlədən, ticarət mərkəzlərini, aeroportları, klubları, restoranları və nəqliyyat qovşaqlarını diqqət mərkəzində saxlayırlar”, - bəyanatda qeyd olunur.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri