12 
Dek
2018
22:12
44
198
6428
yuxarı
Nazranda patrul maşını partladıldı, iki polis öldü
12 Dek, 2018
22:12
6428
44
198
Nazranda patrul maşını partladıldı, iki polis öldü
Rusiyanın İnquş Respublikasının Nazran şəhərində polis patrul maşınının partladılması nəticəsində iki polis əməkdaşı ölüb.
Oxu.Az xəbər verir ki, ağır yaralanan polislərdən biri xəstəxanaya aparılarkən yolda, digəri isə xəstəxanada ölüb.
Bildirilir ki, yerli vaxtla saat 18.30-da naməlum şəxs polis patrul maşınına qumbara atıb. Həmin şəxs hadisə yerindən qaçıb.
İlkin məlumata görə, polis əməkdaşları özlərini şübhəli aparan iki nəfərin sənədlərini yoxlamaq istəyiblər. Lakin onlar qaçıb gizlənə biliblər.
Oxu.Az yeniləndi!
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək