13 
Dek
2018
10:10
244
10
2604
Virtual karabakh

Türkiyə özünün kosmik agentliyini yaratdı

13 Dek, 2018
10:10
2604

Türkiyə özünün kosmik agentliyini yaratdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyədə Kosmik Agentlik yaradılıb. 

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sərəncamın mətni “Resmi Gazete”də dərc olunub. 

Türkiyənin Kosmik Agentliyinin ayrı büdcəsi olacaq və həm inzibati, həm də maliyyə məsələlərində müstəqil hərəkət edəcək. 

Agentlik Türkiyənin milli kosmik proqramının hazırlanması və həyata keçirilməsinə, eləcə də, millətin rifah halının yüksəlməsinə öz töhfə verən Türkiyə aerokosmik sənayesinin inkişafına görə məsuliyyət daşıyır.

Agentlik Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi ilə əlaqəli olacaq, aerokosmik texnologiyalar sahəsində ölkənin prioritetləri, məqsəd və strategiyasının formalaşmasına öz töhfəsini verəcək.

Yeni qurum dövlət adından danışıqlar aparacaq və razılaşmalar imzalayacaq.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri