13 
Dek
2018
10:38
64
72
8265
Virtual karabakh

Melaniya Tramp əri ilə münasibətlərindən danışdı

13 Dek, 2018
10:38
8265

Melaniya Tramp əri ilə münasibətlərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın birinci xanımı Melaniya Tramp bəzən ərinə faydalı məsləhətlər verdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu haqda FOX məlumat yayıb. 

“Mən nəyin nə yerdə olduğunu yaxşı bilirəm. Hər şeyi izləyirəm. Ərimə səmimi tövsiyələr verirəm, öz fikrimi ifadə edirəm. Bəzən mənə qulaq asır, bəzən də yox”, - deyə Melaniya FOX telekanalına verdiyi müsahibədə söyləyib.  

Xanım Trampın sözlərinə görə, tövsiyələrinə rəğmən, “son sözü” əri deyir.

“Sonda o özü qərar qəbul edir, uşaq deyil, seçimlərinin nə ilə nəticələnəcəyini bilir. Ancaq o döyüşçüdür. Hər gün ABŞ və amerikan xalqı naminə mübarizə aparır”, - deyə amerikalı birinci xanım vurğulayıb.

Melaniya həyat yoldaşının növbəti prezident seçkilərində qalib gələcəyinə əminliyini ifadə edib.  Birinci xanım prezident ailəsi haqqında şayiələr yayan jurnalist, komik və fürsətçiləri məzəmmət edib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri