13 
Dek
2018
14:15
24
207
4281
Virtual karabakh

Fransada etirazçı faciəvi şəkildə öldü

13 Dek, 2018
14:15
4281

Fransada etirazçı faciəvi şəkildə öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada “sarı jiletlilərin” hökumətə qarşı etiraz aksiyasında iştirak edən nümayişçilərdən biri yük maşının altında qalıb.

Oxu.Az xəbər verir ki, bu haqda RTL yerli prokurorluğa istinadən məlumat yayıb.

Avinyon şəhərində ötən gecə baş vermiş insidentdə ağır bədən xəsarətləri alan şəxs dünyasını dəyişib.

Avinyonun prokuror müavini Karolina Arman qəzanı törədən sürücünün 26, zərərçəkənin isə 23 yaşında olduğunu bildirib. Hadisəni törədən şəxs həbs olunub.

İnsidentin yaşandığı yolu “sarı jiletlilər” bağladığından müstəntiqlər yük maşını sürücüsünün  avtomobili qəsdən etirazçıların üzərinə sürüb-sürmədiyini müəyyən etməyə çalışır.

Qeyd edək ki, bu, Fransada noyabr ayının ortalarından başlanan “sarı jiletlilərin” etiraz aksiyalarından bəri ölən sayca altıncı nümayişçidir.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri