13 
Dek
2018
22:45
100
294
12085
Virtual karabakh

Bəbir ibadət edən rahibi parçaladı

13 Dek, 2018
22:45
12085

Bəbir ibadət edən rahibi parçaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Maharaştra ştatında meşədə meditasiya edən buddist rahib bəbir hücumuna məruz qalıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, insident pələng və bəbirlərin məskunlaşdığı qoruğun ərazisində baş verib.

Hücuma məruz qalan rahibin hadisə yerinə öldüyü bildirilir.

Rahul Ualki adlı rahib məbəddən çox uzaqlaşaraq qoruğun ərazisinə daxil olub və meşədə, ağacın altında meditasiya etməyə çalışıb. Meşəbəyi onu təhlükə barədə xəbərdar etsə də, o, deyilənlərə məhəl qoymayıb.

Bölgənin yerli administrasiyası zərərçəkənin ailəsinə 16 min dollar kompensasiyanın ödəniləcəyini bildirib.

Hadisənin yaşandığı Tadoba qoruğunda hazırda 88-ə yaxın pələng və bəbir saxlanılır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri