13 
Dek
2018
17:49
168
98
8351
Virtual karabakh

Putin: Mən prezident olmaq istəmirdim

13 Dek, 2018
17:49
8351

Putin: Mən prezident olmaq istəmirdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vladimir Putin Rusiya prezidenti peşəsini seçməyib və ona hazır olmayıb. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Yaroslavlda keçirilən “ProyeKTOriya” Ümumrusiya peşəkar naviqasiya forumu çərçivəsində baş tutan açıq dərsdə Rusiya prezidenti özü deyib. 

“Mən bu peşəni seçməmişəm. Rusiyanın birinci prezidenti Boris Yeltsin məni yanına çağırdı və dedi: “Sizin Dövlət Dumasına namizədliyinizi vermək istəyirəm ki, əvvəlcə baş nazir olasınız, sonra isə prezident seçkilərinə qatılasınız. Razısınız?”.

Mən ona “yox” cavabını verdim”, - rusiyalı lider bildirib və əlavə edib ki, bu cavabı eşidərək təəccüblənən Yeltsin bunun səbəbini soruşub. 

“Mən ona dedim: “Boris Nikolayeviç, mən hazır deyiləm”. Mən onda böyümüşdüm və bir sıra dövlət strukturlarında çalışmışdım”, - prezident deyib və şagirdlərə məsləhət görüb ki, həyatlarının vacib qərarlarını mümkün qədər tez versinlər. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri