14 
Dek
2018
10:58
165
8
2324
Virtual karabakh

ABŞ-da polis yanan evdən özünü atan uşağı xilas etdi - VİDEO

14 Dek, 2018
10:58
2324

ABŞ-da polis yanan evdən özünü atan uşağı xilas etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ polisi yanan binanın ikinci mərtəbəsindən özünü atan uşağı havada tutaraq xilas edib.

Oxu.Az xəbər verir ki, polis formasına quraşdırılmış kameranın obyektivinə düşmüş görüntünü “Kxan.com” portalı yayıb.

İnsident dekabrın 10-da Dallas şəhərində baş verib. Yanğın yerinə gələn polis əməkdaşları qadın və onun övladının çıxılmaz vəziyyətdə qaldığı ikinci mərtəbəyə qalxan pilləkənləri alov bürüdüyünü görüb. 

Asayiş keşikçiləri qışqıraraq qadına pəncərəni açmağı tapşırsalar da, o, buna nail olmayıb. Polis əməkdaşlarından biri dəyənəyini ataraq, pəncərə şüşəsini sındırıb. Sonra onlar 10 yaşlı uşağı pəncərədən tullanmağa çağırıb. Uşaq özünü aşağı atan kimi, polis əməkdaşı onu uğurlu şəkildə yaxalayıb. Xilas olan uşaq ilk növbədə anasının  aqibətini öyrənməyə çalışıb.

Bir neçə dəqiqədən sonra hadisə yerinə yanğınsöndürənlər gəlib və texnikanın nərdivanı ilə qadın təxliyyə edilib.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri