14 
Dek
2018
16:04
115
106
2839
Virtual karabakh

Kosovo ordu yaradır

14 Dek, 2018
16:04
2839

Kosovo ordu yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kosovo parlamentinin deputatları ölkənin təhlükəsizlik qüvvələrinin tammiqyaslı silahlı qüvvələrə çevrilməsi haqqında qanun layihələri paketini təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, parlamentdə keçirilən sessiyada “Müdafiə Nazirliyi”, “Kosovo Təhlükəsizlik Qüvvələri” və “Kosovo Təhlükəsizlik Qüvvələrində xidmət” haqqında  qanunlar paketi ikinci oxunuşda qəbul olunub.

Qanun layihəsinin lehinə 105 deputat səs verib. Təhlükəsizlik qüvvələrindən Silahlı qüvvələrə keçid prosesinin yekunlaşmasından sonra Prişitinanın sərəncamında beş min hərbçinin (+ üç min ehtiyatda olan hərbçi) olacağı bildirilir.

Kosova hökuməti ordunun yaradılması ərəfəsində Balkanlarda qeyri-sabitliyin yaranacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Bu arada, NATO-nun baş katibi Yens Stoltenberq Kosovo parlamentinin qəbul etdiyi qanunlar paketinə münasibət bildirib. NATO rəhbəri alyansın ölkənin bu qərarına heyfsiləndiyini dilə gətirib.

“NATO-nun narahatlıqlarına rəğmən, onların bu qərarı qəbul etməsinə təəssüflənirik”, - deyə Stoltenberq vurğulayıb. O, eyni zamanda, Balkan ölkələrini regionda vəziyyəti gərginləşdirən addımlardan qaçmağa çağırıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri