14 
Dek
2018
19:00
147
62
6020
Virtual karabakh

Solovyov Buzovanı tənqid etdi: Ağlı yoxdur, olmayacaq da

14 Dek, 2018
19:00
6020

Solovyov Buzovanı tənqid etdi: Ağlı yoxdur, olmayacaq da

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Vladimir Solovyov teleaparıcı Olqa Buzovanı və onun iştirak etdiyi şounu tənqid edib.

Oxu.Az Life.ru-ya istinadən bildirir ki, o, bunu “Vesti FM” radiostansiyasının efirində səsləndirib və sonra səs yazısını özünün “Instagram” hesabı üzərindən paylaşıb.

“Nə demək olar? Onun ağlı yoxdur, heç vaxt olmayıb və olmayacaq da. O insan evlənməklə ərə getməyi qarışdırır! Buzovaya ərə getmək! Buzova nədir, kişidir?”, - deyə teleaparıcı deyib.

Solovyovla birlikdə verilişi aparan qadın aparıcı güman edib ki, şounun yaradıcılarının hansısa bir xüsusi məna kəsb edən “xüsusi fikri” olub. Solovyov isə deyib ki, bu fikir savadsızlıqdır.

Teleaparıcı şou üzərində çalışan teleprodüserləri də tənqid edib.

“Sən düşünürsən ki, onlar belə aparıcı ilə çalışdıqları üçün ağıllıdırlar?”, - Solovyov deyib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

#соловьевlive Бузова мужик?

A post shared by Владимир Соловьев (@vrsoloviev) on

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri