28 
Dek
2018
17:00
128
31
11069
Virtual karabakh

Paşinyan nəyə görə Putinlə razılaşa bilmədi? - Aleksandr Karavayevin şərhi

28 Dek, 2018
17:00
11069

Paşinyan nəyə görə Putinlə razılaşa bilmədi? - Aleksandr Karavayevin şərhi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın Moskvaya səfəri uğursuzluğa düçar olur. Hər halda, Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda həll etməyə hazırlaşdığı əsas mövzu Ermənistana satılan qazın qiyməti idi. 

Oxu.Az xəbər verir ki, erməni hökumət başçısı “Facebook” hesabında bu məsələnin havada qaldığını açıqlayıb:

“Bununla bağlı heç bir qərar qəbul edilməyib. Bu məsələ ətrafında müzakirələr işgüzar qaydada davam edir”.

Bununla yanaşı, o, bu məsələni həssas adlandırıb və ümid etdiyini bildirib ki, bu məsələ onların istədiyi qaydada həllini tapacaq.

Eyni zamanda, dekabrın 27-si, Paşinyanın Moskvaya səfəri zamanı Ermənistanın enerji resursları və təbii sərvətlər nazirinin vəzifəsini icra edən Qareqin Baqramyan bəyan edib ki, Rusiya qazının yeni qiymətləri yaxın günlərdə açıqlanacaq. Və Ermənistan hakimiyyətinin əsas məqsədi qazın qiymətini aşağı salmaq deyil, sabit saxlamaq və qiymət artımına imkan verməməkdir.

Xatırladaq ki, Ermənistan Rusiyadan aldığı qazın hər min kubmetrinə görə 150 dollar ödəyir. Rusiya qazını ən ucuz alan ölkə Belarusdur, çünki qaz idxalı üçün üçüncü ölkəyə ehtiyac yoxdur. 

Çox güman ki, Putin və Paşinyanın razılaşdığı məsələ KTMT baş katibliyinə namizədliyidir ki, burada da əminlik yoxdur.

“Putinlə bu məsələni qısa müzakirə etdim. Burada biz institusional həllərə ehtiyac duyuruq. KTMT tərkibində elə dəyişiklik etməliyik ki, gələcəkdə belə məsələlərin müzakirəsinə ehtiyac qalmasın”, - “Sputnik Ermənistan” Paşinyandan sitat gətirib.

Ermənistan baş naziri Belarusun nümayəndəsi, general Stanislav Zasın bu posta təyinatına qarşı deyil. 

Bağlı qapılar arxasındakı danışıqlar zamanı, əslində, nələr baş verib? Ermənistanın “Barqamyan 26” telekanalı bildirib ki, Kremlin açıqlamasına görə, Ermənistana satılan qazın qiyməti bu şərtlər altında bahalaşmayacaq: Nikol Paşinyan KTMT üçün bir daha çətinlik yaratmayacaq, Ermənistanın ikinci prezidenti Robert Koçaryan azadlığa buraxılacaq, Moskvanın vasitəçiliyi ilə Qarabağ məsələsində İlham Əliyevlə danışıqların gücləndirilməsinə söz verəcək, bioloji laboratoriyalarda xarici hərbi qüvvələr və mütəxəssislərin olmaması ilə bağlı sənədi imzalamalıdır. Və bundan sonra Rusiya biznesi Ermənistana investisiya qoyacaq. 

Yeri gəlmişkən, Robert Koçaryanın işi ilə bağlı məhkəmə prosesi bu gün axşam Yerevanda baş tutacaq və yalnız bundan sonra Paşinyanın bu maddəyə münasibəti məlum olacaq. 

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev Oxu.Az-a müsahibəsində Putin və Paşinyan arasındakı görüşü şərh edib:

- Ümumi təəssüratlar bir az sadədir. Ancaq qəribə deyil ki, “hakimiyyət dəyişikliyi” Moskva üçün tipik deyil və münasibətlərdə böhrana səbəb olub. Ermənistanın unikal olduğunu demək olar, Qırğızıstanın da Moskva ilə bu cür problemləri olub. Ancaq bu problemlər Qırğızıstanın Vladimir Putinlə şəxsi münasibətlərinə təsir etməyib. Onlarla cinayət işinin açılması və Robert Koçaryanın həbsi ikitərəfli münasibətlər üçün güclü stress olub. 

Bununla yanaşı, görünür, hər iki tərəfdən bu problemi müxtəlif cür həll etmək arzusu var. Moskva başa düşmək istəyir ki, aparatda kimlərlə işləyəcək, dövlət layihələri ilə əməkdaşlığı davam etdirəcək biznes “kapitanları”nın siyahısı dəyişəcəkmi?

Nikol Paşinyan öz tərəfindən geri çəkilə bilməz, çünki onun üçün sabiq qrupun dağıdılması siyasi missiyadır və geri çəkilsə, bu, onun üçün reputasiya riski olacaq. Moskva və Yerevanın kompromisə gəlib-gəlmədiyi məlum olmasa da, hərəkətlilik nəzər çarpır. Bununla yanaşı, Mixail Şaakaşvilidən fərqli olaraq, Nikol Paşinyan Ermənistanı rus vektorundan tezliklə çıxarmağı düşünmür. 

Ermənistan baş nazirinə AİB çərçivəsindəki bütün layihələri və KTMT-dəki mövqeyini qoruyub-saxlamaq vacibdir. Bundan sonra hər şey aydın görünəcək. Çox güman ki, o, siyasətdə uzun müddət qalmağa hazırdır. Görünür, o, nəinki qazandığı yükü saxlamaq niyyətindədir, hətta Ermənistana axını qorumaq üçün kommunikasiyanı biznes və hakimiyyətin qovşağında saxlamaq istəyir.

Bundan yalnız brifinqlərdə imtina etmək olar. Ermənistanın İstintaq Komitəsinin sistemli islahatlardan başqa, korrupsiyaya qarşı mübarizə tədbirləri isə hələ də yeni elitanın fəaliyyəti üçün sahəni təmizləmək kimi qiymətləndirilir.

- Moskva və Yerevan qazın qiyməti ilə bağlı razılaşmadılar, bunu Paşinyan özü də bəyan etdi. Nəyə görə? Yerevan Moskvanın müvafiq şərtlərinə əməl etmək istəmədi?

- Biz hər halda şərtlərin necə olduğunu bilmirik, bunları bilmək üçün danışıqlarda oturmaq lazımdır. Ancaq Moskvanın belə bir qaydası var ki, hər kəs üçün qazın qiyməti bazara uyğundur və heç kim burada fərqlənmir. 

Və bütün danışıqların başlanğıcı bu bazadan götürülür. Daha sonra kompromis üçün addımlar atılır. Bununla yanaşı, hazırda Moskvanın güzəşti hər hansı siyasi zəmanət kimi deyil, müttəfiqin hesabını ödəmək üçün Rusiya bankından kreditin ayrılması kimi başa düşüləcək. Belə ki, Rusiya silahlarının alınması üçün Yerevana kreditin ayrılması birinci dəfə deyil. 

- Nikol Paşinyanın Qarabağla bağlı güzəştə getməməsi qazla bağlı danışıqlarda razılaşmanın olmamasına təsir edə bilər?

- Əmin deyiləm ki, Putin və Paşinyan Qarabağı sıx müzakirə ediblər. Özünüz qiymət verin: bazar məsələləri həll edilmədiyi halda, hər şey bir komanın üzərinə niyə atılsın? Ancaq Putin Paşinyana cavab tələb edən maddələr qoya bilər (“Bayramyan 26” “Telegram” kanalının yuxarıda qeyd etdiyimiz məqaləsini xatırlayaq – red.). Qarabağ da belə maddə ola bilər. Ancaq bu, müzakirə mövzusu olmayıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri