Yan
2019
17:18
44
135
7372
Virtual karabakh

Hindistanda Nyuton və Eynşteynin nəzəriyyələri “təkzib” olundu

7 Yan, 2019
17:18
7372

Hindistanda Nyuton və Eynşteynin nəzəriyyələri “təkzib” olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda bir qrup alimin nüfuzlu beynəlxalq konfransda irəli sürdüyü iddialar böyük qalmaqala səbəb olub.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Hindistan Elm Konqresində akademiklər İsaak Nyuton və Albert Eynşteyn kimi nüfuzlu alimlərin elmi işlərini rədd ediblər.

3-7 yanvar tarixlərində keçirilən elmi konfransın açılışını ölkənin baş naziri gerçəkləşdirib. Ekspertlərin dediyinə görə, konqresdə elmi əsası olmayan bir sıra absurd ideyalar səslənib.

Cənubi Hind Universitetinin başçısı kök hüceyrəsi ilə bağlı araşdırmaların Hindistanda min illər əvvəl aparıldığını isbat etməyə çalışıb. Dediklərinə əsas olaraq, qədim hind əsatirlərini göstərib.

Andra Universitetinin vitse-kansleri Q.Naqeşvar Rao isə daha irəli gedərək, hind mifologiyasında yer alan “Ramayan” adlı “şeytan kralın” indiki Şri-Lanka ərazisində 24 növ təyyarəyə və uçuş-eniş zolaqlarına malik olduğunu qeyd edib.

Başqa bir alim İsaak Nyuton və Albert Eynşteynin məşhur nəzəriyyələrini təkzib edərək, qravitasiya dalğalarının “Narendra Modi dalğaları” adlandırılmalı olduğunu söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri