Yan
2019
09:26
48
25
2896
Virtual karabakh

Dünyanın ən bahalı şirkəti məlum oldu

8 Yan, 2019
09:26
2896

Dünyanın ən bahalı şirkəti məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın aparıcı onlayn alış-veriş saytı sayılan “Amazon” şirkəti bütün rəqiblərini üstələyərək, dünyanın ən bahalı şirkəti adına layiq görülüb.

Oxu.Az xəbər verir ki, bu haqda “The Wall Street Journal” məlumat yayıb.

Son ticarət sessiyası zamanı şirkətin səhmləri 2,7 faiz bahalaşdığından, ümumi kapitalizasiya məbləği 797 milyard dollara çatıb.

“Microsoft”da analoji göstərici 787 milyard dollar təşkil edib. Ən bahalı şirkətlərin ilk üçlüyünü 740 milyard dollarlıq aktivləri ilə “Alphabet” şirkəti tamamlayıb.

Maraqlıdır ki, liderlər arasında “Apple” şirkəti yer almır. Bu yaxınlarda “nəhənglərlə” mübarizəyə qatılsa da, səhmləri kəskin şəkildə ucuzlaşıb (9 faiz).

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri