Yan
2019
11:54
19
82
1860
Virtual karabakh

“Eurovision-2019”un loqotipi təqdim olundu - VİDEO

9 Yan, 2019
11:54
1860

“Eurovision-2019”un loqotipi təqdim olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin KAN teleyayım şirkəti və Avropa Yayım İttifaqı “Eurovision 2019” mahnı müsabiqəsinin loqotipini təqdim edib. Müsabiqə mayın ortalarında Təl-Əviv şəhərində keçiriləcək.

Oxu.Az xəbər verir ki, rəsmi loqotip müsabiqənin “Instagram” səhifəsində paylaşılıb.

 Loqotip ulduz formasını ərsəyə gətirən üç üçbucaqdan ibarətdir.

“Üçbucaq dünyanın ən qədim fiqurlarındandır – ona incəsənət, musiqi, kosmologiya və təbiətdə rast gəlinir və incəsənətlə bir növ əlaqə yaradır. Vəhdət halına gələn üçbucaqlar saysız-hesabsız ulduzları olan səmanı əks etdirən, “Eurovision-2019”da iştirak etmək üçün Təl-Əvivə toplanacaq gələcək estrada ulduzlarını simvolizə edən yeni məfhuma çevrilib”, - deyə KAN nümayəndəsi loqotipin təfsirini verib.

Qeyd edək ki, musiqi müsabiqəsinin yarımfinalı 14-16 may tarixlərində keçiriləcək. Final mayın 18-nə planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri