10 
Yan
2019
16:39
346
21
6142
Virtual karabakh

Türkiyə ABŞ-ın tələbinə tabe olmaqdan imtina edib

10 Yan, 2019
16:39
6142

Türkiyə ABŞ-ın tələbinə tabe olmaqdan imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara ABŞ-ın zenit raket kompleksi “Patriot”u almaq haqqında düşünə bilər, lakin Vaşinqtonun öz tələblərini irəli sürməyə davam edəcəyi təqdirdə bu, mümkün olmayacaq.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlüt Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiyanın S-400 zenit raket sistemlərinin alınması ilə əlaqədar Birləşmiş Ştatların hər hansı bir tələbini qəbul etmir.

Yanvarın 5-də bildirilmişdi ki, ABŞ nümayəndələri Türkiyənin XİN və Müdafiə Nazirliyinə “Patriot”un alınması müqabilində S-400-lərin sifarişindən imtina etmək şərtini irəli sürüb.

Bununla belə, amerikalıların təklifinə nə endirim güzəşti, nə də texnologiyaların təhvil verilməsi daxildir.

Moskva və Ankara Türkiyəyə S-400-lərin satılması barədə sazişi 2017-ci ilin sentyabrında imzalayıblar. Saziş bu sistemlərlə təchiz edilmiş dörd divizionun satışını nəzərdə tutur. Sazişin məbləği 2,5 milyard dollar təşkil edir və dəyərin yarıdan çoxu Rusiya krediti ilə ödəniləcək. Türkiyə tərəfi komplekslərin alınması qərarından imtina etməyəcəyini dəfələrlə açıqlayıb.

ABŞ və NATO-nun digər üzvləri Ankaranın Rusiyanın zenit raket komplekslərini almasına qarşı çıxırlar. Qərar Vaşinqtonun narazılığına səbəb olub. Belə ki, Türkiyə NATO üzvüdür və alyansın bütün silah sistemləri vahid standart əsasında çalışmalıdır.

Vaşinqton Ankaranı sanksiyalarla hədələyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri