10 
Yan
2019
11:35
64
9
1759
yuxarı
In Trampla gələcək görüşünün məqsədini açıqladı
10 Yan, 2019
11:35
1759
64
9
In Trampla gələcək görüşünün məqsədini açıqladı
KXDR lideri Kim Çen In Donald Trampla keçirəcəyi ikinci görüşdə bütün dünya ictimaiyyətinin doğruldacağı nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, In bu bəyanatı Çin lideri Si Cinpinlə keçirdiyi görüşdə səsləndirib.
Şimali Koreya lideri rəsmi Pxenyanın Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə işləri davam etdirəcəyini vurğulayıb.
“İkinci KXDR-ABŞ zirvə toplantısından beynəlxalq ictimaiyyətin dəstəkləyəcəyi nəticələrə nail olmaq üçün Şimali Koreya əlindən gələni edəcək”, - deyə Kim Çen In bildirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək