10 
Yan
2019
10:17
18
130
4195
Virtual karabakh

Almaniyada bir kənd qar uçqununun altında qaldı - VİDEO

10 Yan, 2019
10:17
4195

Almaniyada bir kənd qar uçqununun altında qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın cənubunda – Bavariya bölgəsində bir kənd qar uçqunu altında qalıb. Hadisə yerinə xilasedicilər və xüsusi texnika cəlb olunub. Axtarış-xilasetmə əməliyyatı aparılır.

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, polis rəsmisinin məlumatına görə, hələlik ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Qar uçqununa Avstriya və Almaniyanı cənginə alan “Binyamin” siklonu səbəb olub. Son bir neçə gündə bölgədə çovğunla əlaqədar ölənlərin sayı doqquz nəfərə çatıb. Bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb, yollar qalın qar təbəqəsi altında qalıb. Bəzi rayonlarda Fövqəladə Vəziyyət rejimi tətbiq olunub. Bəzi kəndlər ətrafdan təcrid olunub. Siklonun marşrutunda olan əksər dağ-xizək kurortlarında kütləvi təxliyyə işləri aparılıb.

Qar çovğunu Çexiya və Slovakiyada da müşahidə olunur. Dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində və yollarda qar uçqunu riski yüksəkdir. Bir çox yollarda nəqliyyatın hərəkəti  iflic olub. Polşada 1500-dən çox insan işıqsız qalıb.

Sinoptiklər anomal hava şəraitinin həftənin sonuna kimi davam edəcəyini proqnozlaşdırır.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri