10 
Yan
2019
12:11
19
231
3238
Virtual karabakh

Tbilisidə gənc qız “donuz qripi”ndən öldü

10 Yan, 2019
12:11
3238

Tbilisidə gənc qız “donuz qripi”ndən öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə yoluxucu xəstəxanada 22 yaşlı qız “donuz qripi”ndən ölüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Ölüm səbəbinin bakterial infeksiya olduğu ehtimal edilir.

Televiziya kanalının məlumatına əsasən, pasiyent bir neçə gün süni nəfəsalma cihazına qoşulub. H1N1 virusunun olub-olmamasını təyin etmək üçün laboratoriya analizi keçiriləcək. Gənc qadının ölüm səbəbi haqqında dəqiq məlumat müvafiq ekspertizadan sonra məlum olacaq.

Qeyd edilir ki, buna qədər Gürcüstanda 13 nəfər “donuz qripi”ndən dünyasını dəyişib.

Gürcüstanda qrip epidemiyası olmasa da, Səhiyyə Nazirliyi xəstəliyin ilkin əlamətləri yaranan zaman dərhal həkimə müraciət etməyi təkidlə məsləhət görür. 

Son məlumatlara əsasən, laboratoriya araşdırmaları nəticəsində Gürcüstanda 158 nəfərin “donuz qripi”nə tutulması təsdiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri